Qadından qəribə etiraz: Mollanın əmmaməsini yerə atdı – VİDEO
ABŞ-ın Los-Anceles şəhərində baş verdiyi iddia olunan hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
ERAmedia xəbər verir ki, paylaşılan videoda bir qadının iranlı din xadiminə qarşı sərt etiraz etdiyi əks olunub.
Görüntülərdə qadının həmin şəxsə yaxınlaşaraq onun başındakı dini geyimi çıxarıb yerə atdığı və emosional şəkildə narazılığını ifadə etdiyi görünür. Hadisənin hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməsə də, istifadəçilər videoya müxtəlif reaksiyalar bildiriblər.
Sosial şəbəkələrdə yayılan şərhlərdə bəzi istifadəçilər din xadiminin belə bir mühitdə sərbəst şəkildə dolaşmasının diqqət çəkdiyini vurğulayıblar. Digərləri isə baş verənləri fərqli prizmadan qiymətləndirərək hadisənin təfərrüatlarının araşdırılmasının vacibliyini qeyd ediblər.
Hadisənin dəqiq vaxtı və iştirakçıların kimliyi ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən məlumat paylaşılmayıb.
Vüsalə









