“Qalatasaray” 26-cı dəfə Türkiyə birincisi oldu
Futbol üzrə Türkiyə Superliqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.
ERAmedia xəbər verir ki, “Qalatasaray” mövsümün başa çatmasına bir tur qalmış çempionluğu təmin edib.
Belə ki, XXXIII turda “Antalyaspor”u qəbul edən İstanbul klubu 4:2 hesablı qələbə sayəsində xallarının sayını 77-yə çatdırıb.
Səfərdə “Konyaspor”a 3 cavabsız qolla qalib gələn “Fənərbağça” isə 73 xalla 2-ci yerdədir.
Beləliklə, “Qalatasaray” son turun nəticəsindən asılı olmayaraq 26-cı dəfə Türkiyə çempionu olub.









