“Qalatasaray”dan növbəti qələbə
Türkiyə Superliqasının 2-ci turuna start verilib.
ERAmedia-nın məlumatına görə, “Qalatasaray” doğma meydanda “Karagümrük”lə qarşılaşıb.
Okan Burukun rəhbərlik etdiyi kollektiv rəqibini 3:0 hesabı ilə məğlub edib. Görüş, uzun fasilədən sonra zədəsini bərpa edərək meydana qayıdan Mauro İkardinin vurduğu qolla da yadda qalıb.









