media-ads-728x90
media-skynews-blood-moon-south-carolina_6856009
media-ads-728x90

2025-ci il 7–8 sentyabr gecəsi unikal astronomik hadisə—tam ay tutulması baş verəcək. Təxminən 82 dəqiqəlik  tutulma  fazası oluşacaq və ümumi proses 5,5 saat davam edəcək.

ERAmedia məlumat verir ki, bu hadisə Qanlı Ay (Blood Moon) adlanır, çünki tam faz zamanı Ay Yerin kölgəsi içində qaldığından qırmızı-qəhvəyi rəngə boyanır. Bu, Günəş işığının atmosferimizdə qırmızı hissəyə qədər çatması ilə izah edilir—atmosfer mavi işığı yayaraq qırmızı spektri Ay üzərinə yönəldir.

Bu gün Ayın qırmızı rəngə çevrilməsi hadisəsini izləmə fürsətini qaçırmayın!

🕒 Bakı vaxtı ilə (GMT+4)
Başlanğıc (qismən tutulma başlayır): 19:28
Maksimum tam tutulma: 22:12
Tam tutulmanın sonu: 22:53
Ümumi prosesin bitməsi: təqribən 01:00 (8 sentyabr gecəsi)


media-ads-728x90

Bənzər xəbərlər