media-17722034425031022959_1200x630

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Qax rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktlarını aşkar ediblər.

Xidmətdən ERAmedia -ya verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu Kazımağa Kərimov küçəsi 18 ünvanında 1 ağac, Yasamal rayonu, Şərifzadə küçəsi bina 134 ünvanında 2 ağac, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Sumqayıt şosesi 10A ünvanında 30 ağac, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 53E ünvanında 42 ağac, Qaradağ rayonu, Bakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində 6 ağac, 4 kol, Dənizkənarı Bulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonunun Zərnə kəndi ərazisində isə 9 ağacın qanunsuz kəsildiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


media-adspc

Bənzər xəbərlər