media-1788943833440155049_1200x630

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, eləcə də xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir. İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb.

ERAmedia-ya bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı isə qeyd edilən qoruğun ərazisində qanunsuz ov edən E.Eynalov, R Eynalov, E.Əzizov və İ.Eynalov da saxlanılıblar. Həmin şəxslərdən 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz ovlanmış 72 ədəd adı “Qırmızı kitaba” düşən müxtəlif növ çöl quşu aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

“Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir”, – deyə məlumatda vurğulanıb.


media-adspc

Bənzər xəbərlər