media-lpcawrkkrmwbhmj4z9b0gccnmoxcultiqheuv5do_1200

Yağan güclü qar Cəlilabadda fəsadlar törədib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət çətinləşib, dağlıq ərazilərdə isə yol tamamilə bağlanıb.

 

 

Rayonun elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Elektrik xətlərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

“İşıqlar yanmır, yolumuz da bərbad vəziyyətdədir. Bir qaşıq su belə apara bilmirik”, – deyə kənd sakini bildirib.

“Yollarda çoxlu maşın qalıb, tərpənə bilmirlər. “Niva”dan başqa heç bir nəqliyyat vasitəsi hərəkət edə bilmir”, – sürücü qeyd edib.

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, rayonun 50-dən çox kəndində elektrik təsərrüfatına ziyan dəyib. Hazırda fəsadların aradan qaldırılması üçün ərazi üzrə bərpa işləri davam etdirilir.

Yollardakı vəziyyətə gəlincə isə Rayon İcra Hakimiyyətindən bildirilib ki, fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.


media-adspc

Bənzər xəbərlər