Qar fırtınasında 26 nəfər öldü
ABŞ-da son günlərdə ölkəni bürüyən qar fırtınası ilə əlaqədar səbəblərdən azı 26 nəfər həyatını itirib. Ölənlər arasında qar təmizləyən yaşlı şəxslər, eləcə də avtomobilə bağlanaraq xizək sürən yeniyetmələr də var.
ERAmedia xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Nəşrin məlumatında bildirilir ki, “xizək sürən iki yeniyetmə də daxil olmaqla, ümumilikdə 26 nəfər həlak olub”.
Hadisələrdən birində 16 yaşlı qız rəfiqəsi ilə birlikdə xizək sürərkən ölüb. Məlumata görə, onlar xizəkləri avtomobilə bağlayaraq hərəkət ediblər və nəticədə ağaca çırpılıblar. Bu, bu cür əyləncə ilə bağlı qeydə alınan ilk ölüm hadisəsi olub.
Oxşar hadisə Arkanzas ştatında da baş verib. Belə ki, avtomobil tərəfindən çəkilən xizəkdə hərəkət edən 17 yaşlı yeniyetmə ağaca çırpılaraq həyatını itirib.










