Qara dənizdə gərginlik – Daha bir gəmiyə hücum edildi
Qara dənizdə gəmilərə qarşı hücumlara daha biri əlavə olunub.
ERAmedia xəbər verir ki, bir neçə gün əvvəl iki tankerin hədəf alınmasından sonra bu dəfə günəbaxan yağı daşıyan bir gəmi hücuma məruz qalıb.
Türkiyənin Dənizçilik Baş İdarəsi məlumat yayıb ki, “MIDVOLGA-2” adlı tanker Rusiyadan Gürcüstana doğru hərəkətdə olarkən Türkiyə sahillərindən 80 mil açıqda hücum edilib.
Məlumatda qeyd olunur ki, gəmidəki 13 nəfərlik heyətin vəziyyəti yaxşıdır.
Hücuma məruz qalan gəminin mühərrikləri işlək vəziyyətdə Sinop istiqamətində yoluna davam etdiyi bildirilib.
Vural









