media-videoedited
media-athletic-bilbao-vs-qarabag-prediction-22-october-2025-1640x840
media-shehidler_olmez_baner_full

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik”lə üz-üzə gələcək “Qarabağ”ın səfər proqramı bəlli olub.

Bu barədə ERAmedia-ya Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, komanda bu gün, saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.

Oktyabrın 21-də, yerli vaxtla saat 18:15-də Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşq təşkil olunacaq.

Sözügedən qarşılaşma üçün “Qarabağ”a 600 bilet ayrılıb və ilkin olaraq onlardan 400-ə yaxını satılıb.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


media-adspc

Bənzər xəbərlər