media-qaraba

Misli Premyer Liqasının XXIII turunda “Qarabağ” “Araz-Naxçıvan”la qarşılaşıb.

ERAmedia  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “köhlən atlar” 6:0 hesablı qələbə qazanıblar.

Qolları сoni Montiel (15, penalti), Leandro Andrade (33, 36), Kamilo Duran (64, penalti – 89) və Musa Qurbanlı (83) vurublar.

Bu görüşdən sonra “Qarabağ” 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” 33 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Karvan-Yevlax”la (1:1), “Şamaxı” isə “İmişli” ilə (0:0) bərabərə qalıb.

 


media-adspc

Bənzər xəbərlər