media-731754477_1015098327675371_6005152589038557649_n

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

ERAmedia xəbər verir ki, Ağdam təmsilçisi “VSG Tirol”la üz-üzə gəlib.

Matç “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Kamilo Duran və Zakaria Savo fərqləniblər. Klubun yeni transferi olan Savo matçda het-trik edib.

Avstriya Bundesliqa təmsilçisi olan bu komanda ötən mövsümü 7-ci yerdə başa vurub.

Xatırladaq ki, “Qarabağ” hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama matçı oynayacaq. Komanda iyulun 1-də Ukrayna “Xarkov”u ilə (Bakı vaxtı ilə saat 15:00) və Macarıstan “Ferentsvaroş”u ilə (Bakı vaxtı ilə saat 20:00-da) üz-üzə gələcək.

media-731754477_1015098327675371_6005152589038557649_n


media-adspc

Bənzər xəbərlər