Çempionlar Liqası: “Qarabağ” “Ayaks” 2:4-YENİLƏNİB
“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
ERAmedia xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kamilo Duran açıb. Amsterdam təmsilçisi 39-cu dəqiqədə Kasper Dolberqin qolu ilə tarazlığı bərpa edib. İlk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci yarıya da sürətli başlayan “Qarabağ” 47-ci dəqiqədə yenidən hesabda önə keçib. Bu dəfə Mateus Silva fərqlənib. Buna baxmayaraq, Azərbaycan təmsilçisi qələbə hesabını qoruyub saxlaya bilməyib. 79 və 90-cı dəqiqələrdə Oskar Qlux, 83-cü dəqiqədə isə Anton Qoei “Qarabağ”ın qapısına yol tapıblar.
Bu nəticədən sonra turnir cədvəlində “Qarabağ” 7 xalla 21-ci, “Ayaks” isə 3 xalla 33-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” komandasına qarşı keçirəcək.
***
21:53
UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyunu başlayıb.
ERAmedia xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə mübarizə aparır.
Hazırda turnir cədvəlində “Qarabağ” 7 xalla 19-cu, xalı olmayan “Ayaks” isə sonuncu – 36-cıdır.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.
Matçı izləyə bilərsiniz. Uğurlar, “Qarabağ”.









