“Qarabağ” azarkeşlərinə müraciət edib
“Qarabağ” UEFA Çempionlar Liqasının Liq mərhələsinin V turunda səfərdə qarşılaşacağı “Napoli” (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.
ERAmedia klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.
Hazırda Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər “iTicket.az” portalından onlayın bilet əldə edə bilərlər.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.









