“Qarabağ” – “Çelsi” oyununun hakimləri məlum olub
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununu idarə edəcək hakimlər bəlli olub.
Matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi vəzifəsi Sebastyan Gishamerə tapşırılacaq.
Qeyd edək ki, oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.









