“Qarabağ”-dan növbəti-QƏLƏBƏ
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu başa çatıb.
ERAmedia xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar. Oyunu niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib. Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb. Komanda I turda Portuqaliyada “Benfika”nı məğlub edib – 3:2.
Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada “Atletik”ə (Bilbao) qarşı keçirəcək.