Qarabağ döyüşlərində igidlik dastanı yazan Milli Qəhrəman
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə igidliyi ilə yadda qalan Milli Qəhrəman İmamverdi Əliyevin (1950–1991) anım günüdür.
ERAmedia xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı cəbhənin ən çətin istiqamətlərində döyüşən İmamverdi Əliyev göstərdiyi şücaətlə Azərbaycan xalqının qəhrəmanlıq tarixinə adını yazdırıb.
Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəman düşmənin dörd tankını sıradan çıxarmağa nail olub. O, Hadrut rayonunun Şaqax kəndi yaxınlığında da düşmən qüvvələrinə qarşı saatlarla davam edən döyüşdə müqavimət göstərərək böyük igidlik nümayiş etdirib.
İmamverdi Əliyevin döyüş yolu Vətənə sədaqətin, cəsarətin və fədakarlığın nümunəsi kimi xatırlanır. Onun göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixində silinməz iz qoyub.
Milli Qəhrəman İmamverdi Əliyevin əziz xatirəsi ehtiramla yad edilir.
Vüsalə









