media-qarabag25_2511761891059
media-bant_master

Futbol üzrə Misli Premyer Liqasında X tura start verilib.

ERAmedia  xəbər verir ki, günün yeganə oyununda “Qarabağ” “İmişli” ilə qarşılaşıb. “Azərsun Arena”da keçirilən görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir penalti zərbəsini dəqiq yerinə yetirib. Matçda son nöqtəni isə 82-ci dəqiqədə Emmanuel Addai vurub.

Bir oyun az keçirən “Qarabağ” bu qələbə ilə xallarını 20-yə çatdıraraq liderliyə yüksəlib. “İmişli” isə 12 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, X turun matçları noyabrın 2-də başa çatacaq.


media-adspc

Bənzər xəbərlər