“Qarabağ”ın oyununa 27 500 bilet satılıb
Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa indiyədək 27 500 bilet satılıb.
Bu barədə Ağdam klubundan məlumat verilib.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.