media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-ruf2fgowknvuvhm0mixltjqs5nrzlhvyfd95ayqu_825
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Belçikalı FIFA referisi Erik Lambrexts dördüncü dəfə “Qarabağ”ın avrokubok oyununa təyinat alıb. 

41 yaşlı hakim daha əvvəl Azərbaycan çempionunun üç matçını idarə edib.

Belçikalı ədalət təmsilçisi “köhlən atlar”ın 2021-ci ildə Bakıda İsveçrə təmsilçisi “Bazel”lə qolsuz bərabərə qaldığı UEFA Konfrans Liqası qarşılaşmasında iş başında olub. O, 2022-ci ildə komandanın Almaniyada “Frayburq”a uduzduğu (1:2) və 2023-cü ildə Norveçdə “Molde” ilə heç-heçə (2:2) etdiyi UEFA Avropa Liqası oyunlarına da təyinat alıb.

Lambrexts “Neftçi”nin 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya uduzduğu (0:1) görüşü də idarə edib.

Baş hakim 2021-ci ildə Azərbaycanın əsas millisinin səfərdə Serbiyaya məğlub olduğu (1:3), 2018-ci ildə U-19 yığmasının İsrailə yenildiyi (1:3) və bu komandanın həmin il Lixtenşteynə qalib gəldiyi (3:0) matçlarda da iş başında olub.

Qeyd edək ki,  “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər