media-17842390143695229248_1200x630

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.

ERAmedia xəbər verir ki, Ağdam təmsilçisi İslandiyada “Vestri”nin qonağı olub. Bakıdakı ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu səfərdə də eynihesablı nəticəyə imza atıb – 3:0.

Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada keçirilən “Vestri” – “Qarabağ” qarşılaşmasının birinci hissəsi başa çatıb.

ERAmedia xəbər verir ki, ilk 45 dəqiqə ağdamlıların 0:2 hesablı üstünlüyü ilə yekunlaşıb.

 

 


media-adspc

Bənzər xəbərlər