“Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib
“Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib.
Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
187,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 65-ci sıraya düşüb.
“Sabah” (87,25 xal) 276-cı mövqedən 252-yə, “Zirə” (70,5 xal) 387-dən 360-a qalxıb.
“Araz-Naxçıvan” 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.









