“Qarabağ” PLEY-OFF mərhələsinə vəsiqə qazanıb
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
ERAmedia xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin VIII turunda İngiltərədə “Liverpul”un qonağı olub. “Enfild” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
“Mersisayd” təmsilçisinin heyətində qolları Aleksis Makallister (2), Florian Virts, Məhəmməd Salah, Uqo Ekitike və Federiko Kyeza vurublar.
Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.
***
“Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.
ERAmedia xəbər verir ki, Ağdam klubu əsas mərhələnin 8-ci turunda “Liverpul”la qarşılaşacaq.
Matç məşhur “Enfil Road” stadionunda baş tutacaq. Ağdam klubu rəqibindən çətin səfərdə xal ala bilsə, pley-offa vəsiqə qazanmış olacaq. Lakin Azərbaycan çempionu məğlub olacağı halda belə istəyinə çata bilər. Bunun üçün digər oyunların nəticəsi böyük əhəmiyyət daşıyacaq.
UEFA Çempionlar Liqası Liqa mərhələsi
8-ci tur
29 yanvar 00:00.
“Liverpul” – “Qarabağ”
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Liverpul. “Enfild Roud” stadionu.









