media-ilhameliyevserencam-3

Prezident İlham Əliyev oktyabrın 20-də “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncam imzalayıb.

ERAmedia xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Azərbaycan Respublikasının Qarabağ Milli Parkı yaradılır.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


media-adspc

Bənzər xəbərlər