Qarabağ müharibəsini işıqlandıran latviyalı jurnalistin anım günüdür
Dekabrın 2-si Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gələn, döyüşdə yaralanan, İslamı qəbul edən latviyalı jurnalist Tatyana Çaladzenin (1959-2017) anım günüdür.
ERAmedia xəbər verir ki, Latviyada anadan olmuş və böyümüş Tatyana Çaladze vaxtilə “Baltiyskoe vremya”, “Atmoda” və “Latviyas layks” qəzetlərində işləyib.
1992-ci ilin sonlarında Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlib. Döyüşlərin gedişində iştirak edib, qəlpə yarası alıb.
O, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan tarixi haqqında bir çox məqalələrin müəllifidir.
Azərbaycan Prezidentinin sərəncamı ilə 21 iyul 2010-cu ildə Tatyana Çaladzeyə Əməkdar jurnalist adı verilib.
Qeyd edək ki, Tatyana Çaladzde İslam dinini qəbul etmişdi.
Vural









