media-w_1617772224611385259751_1200x630

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu başa çatıb.

ERAmedia xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində Musa Qurbanlı (2 qol), Montiel, Leandro Andrade və Emmanuel Addai fərqləniblər. Bakı təmsilçisinin yeganə qoluna müdafiəçi Elvin Bədəlov imza atıb.

Xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.


media-adspc

Bənzər xəbərlər