"Qarabağ" "Şəfa"nı məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur start götürüb.
ERAmedia xəbər verir ki, günün ikinci matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şəfa” ilə qarşılaşıb. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 61-ci dəqiqədə penaltidən Marko Yankoviç vurub.
Xallarını 13-ə çatdıran “köhlən atlar” ikinci pilləyə yüksəlib. Bakı klubu isə 3 xalla 10-cu pillədə qalıb.
Günün ilk matçında “Neftçi” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə üstələyib.









