media-1769024584_17690194992033826920_1200x630

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda “Ayntraxt” (Almaniya) ilə qarşılaşıb.

ERAmedia  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində isə Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. “Köhlən atlar”a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb. Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

***

22:14

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda ikinci qol vurulub.

ERAmedia xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər – 1:1.

11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.


media-adspc

Bənzər xəbərlər