media-qarabag-ve-serqi-zengezurun-ali-sporlu-ve-toxumlu-bitkilerinin-taksonomik-spektri

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Qarabağ və Şərqi Zəngəzurun ali sporlu və toxumlu bitkilərinin taksonomik spektri” adlı fundamental nəşr çapdan çıxıb.

ERAmedia xəbər verir ki, kitab Qarabağ və Şərqi Zəngəzur floralarını əhatə edir. Ərazidə 2000-ə yaxın ali sporlu və toxumlu bitki növünə rast gəlinir ki, bu da Azərbaycan florasının 45 faizdən çoxunu təşkil edir. 316 səhifəlik kitabda bitkilərin bioekoloji xüsusiyyətləri, taksonomik quruluşu və yayılma xüsusiyyətləri təqdim olunub.

Nəşrin elmi redaktoru professor Səyyarə İbadullayeva, redaktorları professor Aydın Əsgərov və dosent Pərvanə Qaraxani, rəyçiləri isə akademik Tariyel Talıbov və professor Munir Öztürkdür. 

Nəşr gələcəkdə Qarabağ və Şərqi Zəngəzur florasının tədqiqi zamanı mühüm elmi mənbə kimi istifadə edilə bilər.


media-adspc

Bənzər xəbərlər