media-videoedited
media-1748793524_screenshot_2025-06-01-19-57-08-360_com_android_chrome-edit
media-shehidler_olmez_baner_full

Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həmçinin Hüquq fakültələrinin binaları tikiləcək.

ERAmedia-nın məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə başlayıb.

Hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkətin müəyyənləşdirilməsi prosesi gedir.

Qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini proqnozlaşdırır.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər