media-videoedited
media-q3j5tr3dscmhx1pk3byvbeuxn2j7mnoekqv0pqi6_825
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Anım Gününün beşinci ildönümü münasibətilə sentyabrın 25-də “Qarabağın azad olunması və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə ERAmedia-ya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Qarabağ Dirçəliş Fondunun  və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən uğrunda canlarını fəda edən şəhidlərin ailə üzvləri, qazilər, etnik və dini icma rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Qarabağ uğrunda əldə olunmuş tarixi Zəfər xalqın sarsılmaz birliyi və həmrəyliyinin parlaq təcəssümüdür:

“Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi xalqı vahid amal ətrafında birləşdirdi, əsgərlərimizin böyük qəhrəmanlığı və milli həmrəylik bu zəfərin əsas dayaqlarından biri oldu. Dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri cəmiyyətin müxtəlif təbəqələrinin fəal iştirakı sayəsində daha da güclənir və geniş vüsət alır. İctimai həmrəylik və koordinasiyalı fəaliyyət bu mühüm işlərin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hər zaman milli birliyi, vətənpərvərlik ruhunu, Azərbaycan xalqının əsrlərdən bəri formalaşdırdığı sülh, tolerantlıq və multikultural dəyərləri təbliğ edir:

Qeyd edək ki, tədbir zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan və Zəfər Gününə həsr edilən “Biz birlikdə güclüyük” qısametrajlı sənədli filmi də nümayiş olunub.

Eyni zamanda, tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olublar.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər