media-videoedited
media-695108a791df3182eea8e82f083bb98c
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatının növbəti ildönümü ərəfəsində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmaqda davam edir. Bu günlərdə Xocavənd və Xocalının müxtəlif kəndlərinə, həmçinin Kəlbəcər şəhərinə köç karvanı yola salınıb. Qarabağa səfər edən Prezident İlham Əliyev yeni salınan yaşayış məntəqələrində yaradılan şəraitlə tanış olub, Xocavənddə Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos kəndi, eləcə də Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb. Dövlət başçımız bəyan edib ki, “antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir. Qələbəmizi təmin edən isə xalqımızın iradəsi, öz doğma torpağına olan bağlılığıdır.”

Bu fikirləri ERAmedia – ya  Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O qeyd edib ki, hər kəs 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı Azərbaycanın yazdığı tarixdən danışır. Uzun illər işğaldan əziyyət çəkən ölkəmiz hər zaman sülh tərəfdarı olub. Bununla belə, Ermənistan havadarlarının dəstəyi ilə işğalı davam etdirib. Çünki onlar hesab edirdilər ki, müharibə olmayacaq. “Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən hər dəfə, hər zaman onları qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər” – deyən Müzəffər Ali Baş Komandan azad Qarabağ torpağından bir daha bəyan edib ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı qarşısında heç kim dura bilməz. Çünki biz haqlıyıq və haqlı olduğumuzu postmünaqişə dövründə də sübut edirik. Belə ki, böyük abadlıq və tikinti meydançasını xatırladan Qarabağ və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir.

“Keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı yeni dövrün əsas prioritetidir və bu proses ölkənin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. İşğaldan azad edilən ərazilərə qayıdış, burada aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Dövlətimizin başçısı mütəmadi olaraq Qarabağda və Şərqi Zəngəzurda yeni salınan yaşayış məntəqələrinə səfərlər edir. Sonuncu səfər zamanı da yeni yaşayış məntəqələrinin təməli qoyulub, həmçinin sosial-mədəni obyektlər istifadəyə verilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük qürur hissi ilə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad olunmuş ərazilərin bərpası, ilk növbədə, burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib. Böyük Qayıdış proqramı əsasında bütün azad olunmuş ərazilərdə yüksək standartlara malik bərpa-quruculuq işləri aparılır, soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılır”, – deyə deputat bildirib.

N.Məmmədova işğaldan azad olunan ərazilərin qısa müddətdə bərpasının və yenidən qurulmasının əsl nümunə kimi qiymətləndirilməli olduğuna diqqət çəkərək deyib: “Belə ki, cəmi 8 aya – 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan, cari ilin mayında isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Beləliklə, azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanının inşası, eyni zamanda, müasir yol-nəqliyyat infrastrukturunun qurulması bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradaraq, əhalinin rifahına töhfə verir.

Böyük Qayıdış proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin axırında Qarabağda və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq. Bu proqramın uğurlu icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər