media-1682923466_qara

Rusiyalı həkim Sergey Vyalov qaraciyərin təbii şəkildə təmizlənməsi və toksinlərin orqanizmdən xaric edilməsi üçün vacib olan məhsullar barədə danışıb.

ERAmedia xəbər verir ki, bu barədə Aif.ru məlumat yayıb.

“İnsanın qida rasionunda yağlar ümumiyyətlə yoxdursa, öd durğunlaşır və bununla yanaşı, detoksikasiya məhsullarının xaric olunması da ləngiyir. Orqanizmə zülallar lazımdır, çünki onlar qaraciyəri detoksikasiya üçün zəruri resurslarla təmin edir. Liflər isə qaraciyərdən toksinlərin çıxarılmasına kömək edir. Bu maddələr havaya və əksər hallarda qana deyil, bağırsağa ifraz olunur. Yağlar da vacibdir. Çünki onlar olmadan qaraciyərin toksinləri xaric etməsi üçün stimul yaranmır”, – deyə həkim bildirib.

Mütəxəssis əlavə edib ki, qida rasionunda zülalların, liflərin və faydalı yağların balanslı şəkildə yer alması qaraciyərin gündəlik təmizlənməsi üçün vacib şərait yaradır.


media-adspc

Bənzər xəbərlər