media-17892788784622441118_1200x630

Sentyabrın 12-də saat 22:30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)  ERAmedia -ya bildirilib ki, yol kənarına düşən avtomobildə yanğın baş verib.

Qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər