media-596431553_122208782828049043_4671579009617110121_n
media-bant_master
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
ERAmedia xəbər verir ki, qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, yerlərdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində məqsədyönlü tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Qaldırılan problemlərin həlli məqsədilə məsul şəxslərin iştirakı ilə müvafiq tapşırıqlar verilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə icrası üçün aidiyyəti dövlət qurumlarına yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.
Vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığına və əvvəlki səyyar qəbullarda qaldırdıqları məsələlərin operativ həllinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tabeliyində olan qurumların rəhbərləri və Qaraxanbəyli kənd sakinləri iştirak ediblər.

 


media-adspc

Bənzər xəbərlər