media-whatsapp-image-2026-05-15-at-10-00-58

Pakistan ordusu radar sistemlərindən yayınma qabiliyyətinə və 750 kilometrlik mənzilə malik yerli istehsal “Fatah-4” qanadlı raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.

ERAmedia xəbər verir ki, relyefə uyğun uçuş xüsusiyyəti ilə diqqət çəkən raketin sınağı Pakistan Ordusunun Media və İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) tərəfindən elan olunub.

Məlumata görə, Ordu Raket Qüvvələri Komandanlığı yerli imkanlarla hazırlanmış “Fatah-4” yerüstü buraxılışlı qanadlı raketin sınaq atışını uğurla həyata keçirib.

Yayılan görüntülərdə raketin buraxılış anı və hədəfi dəqiq vuraraq güclü partlayış yaratdığı kadrlar əks olunub. Videonun sonunda isə hərbçilərin təkbir gətirərək sınağı qeyd etdiyi görünür.

Hərbi mənbələrin bildirdiyinə görə, 750 kilometrlik mənzilə malik “Fatah-4” relyefə uyğun uçuş imkanları ilə seçilir. Raket düşmən radarlarından və hava hücumundan müdafiə sistemlərindən yayınmaq məqsədilə təxminən 50 metr yüksəklikdə uçuş həyata keçirə bilir.

ISPR açıqlamasında bildirilib ki, raket sistemi müasir aviionika və qabaqcıl naviqasiya avadanlıqları ilə təchiz olunub.

“Bu təlim atışı bölmələrin əməliyyat səmərəliliyini artırmaq, eləcə də təkmilləşdirilmiş dəqiqlik və artırılmış davamlılıq üçün sistemə inteqrasiya edilən müxtəlif alt sistemlərin texniki parametrlərini yoxlamaq məqsədilə həyata keçirilib. Sistem uzaq mənzilli hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir”, – açıqlamada qeyd olunub.

Sınaqdan sonra Pakistan Prezidenti Asif Əli Zardari, Baş nazir Şahbaz Şərif və Baş Qərargah rəisi Asim Munir başda olmaqla yüksək rütbəli rəsmilər layihədə iştirak edən alim və mühəndisləri təbrik ediblər.

Pakistanın daxili işlər naziri Mohsin Naqvi yayılan mesajında alim və mühəndislərlə qürur duyduğunu bildirib və “Pakistanın müdafiəsi keçilməzdir” ifadəsini işlədib.

Baş nazirin müavini və xarici işlər naziri Ishaq Dar isə raket sınağını ölkənin yerli müdafiə imkanlarını və strateji çəkindiriciliyini gücləndirən mühüm mərhələ kimi qiymətləndirib.

Qeyd edək ki, bu inkişaf Ordu Raket Qüvvələri Komandanlığının yerli istehsal “Fateh-2” raket sisteminin təlim buraxılışını uğurla həyata keçirməsindən üç həftədən az müddət sonra baş verib. Pakistan ordusu 2025-ci ilin sentyabr ayında da “Fatah-4” qanadlı raketinin 750 kilometrlik mənzilə malik təlim atışını uğurla icra etmişdi.

Vural


media-adspc

Bənzər xəbərlər