Qareginin ölkədən çıxışına “STOP”
Bütün Ermənilərin Katolikosu II Qaregin və Ali Ruhani Şurası üzvlərinin Avstriyada Yepiskoplar Şurasını keçirməsinin qarşısını almaq cəhdləri var.
ERAmedia xəbər verir ki, bunu sosial mediada canlı yayım zamanı vəkil Ruben Melikyan Erməni Apostol Kilsəsinə qarşı yeni cinayət işi ilə bağlı şərh verərkən bildirib.
Bir müddət əvvəl Ermənistanın İstintaq Komitəsi məhkəmə qərarının icra edilməməsinə görə cinayət işinin başlandığını elan etmişdi. Bu, Masiatsotn yeparxiyasının keçmiş primatı Gevork Saroyanın işinə aiddir. Yanvar ayının 10-da II Qareginin əmri ilə Saroyan, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifələrini lazımınca yerinə yetirməmək və ruhanilərə təzyiq göstərdiyinə görə yeparxiyanın rəhbəri vəzifəsindən azad edilib.
Vəkil Melikyan hesab edir ki, cinayət işi faktiki olaraq katolikoslara və Ali Ruhani Şura üzvlərinə qarşı yönəlməklə onların ölkədən çıxmasının qarşısını almaqdan ibarətdir: “Bu, hədəflənmiş bir siqnaldır. Qərar sabah və ya daha sonra verilə bilər, amma çox güman ki, 16 fevraldan əvvəl veriləcək”.
Vəkil vəziyyətin hüquqi cəhətdən absurd olduğunu vurğulayıb, hökumətin dini təşkilatların fəaliyyətinə müdaxiləsini istisna edən kilsə və dövlətin bir-birindən ayrı olması ulə bağlı konstitusiya prinsipini xatırladıb, bu işin II Qareginə qarşı ittihamların irəli sürülməsinə yol açdığını qeyd edib.
Ural Dəyirmançı










