media-gulsad

Növbəti iki gün respublika ərazisində müşahidə ediləcək hava şəraiti açıqlanıb.

ERAmedia xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, sentyabrın 25-də və 26-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 25-i gündüz saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Həmin gün şimal-qərb küləyi arabir güclənəcək, 26-sı səhər tədricən mülayimləşəcək. Gündüz mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-27 dərəcə isti olacaq.

Bölgələrdə də sentyabrın 25-də və 26-da əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi sentyabrın 25-də arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 34, dağlıq ərazilərdə 23 dərəcəyədək isti olacaq. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.


media-adspc

Bənzər xəbərlər