Qatarlar Kürdəmir Dəmiryol Stansiyasında da dayanacaq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni istiqamət üzrə sərnişin daşıma fəaliyyətinə başlayacaq.
ERAmedia xəbər verir ki, sürətli qatarlar Kürdəmir Dəmiryol Stansiyasında da dayanacaq.
Hazırda Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işləri aparılır. Artıq Kürdəmir Dəmiryol Stansiyasında təmir işləri həyata keçirilir.
Bu istiqamətdə sərnişindaşımalara yaxın günlərdə başlanılması planlaşdırılır.










