Qaxda 18 yaşlı oğlan qəza törədib
Sürücülük hüququ olmadan avtomobil idarə edən gəncin sürət həddini aşması digər gəncin həyatına son qoyub.
ERAmedia Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, bu gün saat 02:45-də Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini – 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.










