Qaxda dəhşətli qəza
Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia -nın məlumatına görə, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.










