media-ads-728x90
media-unnamed
media-ads-728x90

Sumqayıt şəhərinin 6-cı mikrorayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ERAmedia xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib ki, saat 10:00-dan işlər tamamlanana qədər 4 000 abonentin qaz verilişi dayandırılacaq.

Buna səbəb həmin ərazidə mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı texniki işlərin aparılmasıdır.

Qurum abonentlərdən yaranacaq narahatlığa görə üzr istəyib və təhlükəsizlik məqsədilə ehtiyat tədbirləri görməyi tövsiyə edib.


media-ads-728x90

Bənzər xəbərlər