Qazax gəncləri üçün panel müzakirəsi keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi təşkilatçılığı ilə “CareerLAB” şəbəkəsi çərçivəsində‘‘Qlobal təhsil trendləri və gənclərin pedaqoji karyera planlaması’’ mövzusunda panel müzakirəsi keçirilib.
ERAmedia xəbər verir ki, Bakı Dövlət Universitetinin Qazax filialında Karyerasını pedaqoji sahə üzrə qurmaq istəyən gənclər üçün keçirilən panel müzakirəsində moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Abuhəyat Əfəndi, spiker qismində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Elvira Əfəndiyeva, Qazax rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Gövhər Məmmədtağıyeva, Qazax rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi Məmməd Vəkilov iştirak edib.
Panel müzakirəsində “Tələbə gənclər üçün universitet illərinin düzgün dəyərləndirilməsi və vaxtın idarə olunması”, “ Pedaqoji karyerada Soft Skills: Ünsiyyət, emosional zəka, zamanın idarə olunması” ‘‘Gələcəyin sinfi: Texnalogiya pedaqogika ilə necə birləşməlidir?’’, ‘‘Müasir dərsin dizaynı:Şagirdyönümlü təhsildə yeni yanaşmalar’’ mövzularında fikir mübadiləsi aparılıb və gənclərə dəyərli tövsiylər verilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.









