media-1783271632943922851_1200x630

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən ERAmedia-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 hektar sahədə biçilməmiş, 7 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.

Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub.


media-adspc

Bənzər xəbərlər