media-17799871354032442830_1200x630

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçı keçirilib.

ERAmedia xəbər verir ki, həlledici görüşdə “Qəbələ” və “Mingəçevir” komandaları üz-üzə gəlib.

Sumqayıtdakı “SOCAR Polymer Arena”da reallaşan matç “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, “qırmızı-qaralar” Premyer Liqada qalıb.

“Mingəçevir” isə növbəti ildə də I Liqada mübarizə aparacaq.

Xatırladaq ki, başa çatan mövsümdə “Qəbələ” Premyer Liqada 11-ci yeri, “Mingəçevir” isə I Liqada 2-ci pilləni tutmuşdu.


media-adspc

Bənzər xəbərlər