“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı
Misli Premyer Liqasında 8-ci tur davam edir.
ERAmedia xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edəcək. Turun mərkəzi matçında isə “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək.
Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
Misli Premyer Liqası VIII tur
17 oktyabr
16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu.
19:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu.









