media-17793813726458355777_1200x630

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu – XXXIII turu start götürüb.

ERAmedia xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı sınağa çəkib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnir cədvəlində Şamaxı təmsilçisi 38 xalla 8-ci, Qəbələnin eyniadlı klubu isə 27 xalla 11-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” Premyer Liqadakı yerini qorumaq üçün I Liqada 2-ci yeri tutacaq (“Səbail” və ya “Mingəçevir”) komanda ilə pley-off oyunu keçirəcək.

Qeyd edək ki, XXXIII tura mayın 24-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər