Qəbələdə koməksiz vəziyyətdə qalan şəxs təxliyyə edildi - VİDEO
Qəbələdə 50 yaşlı kişi dağda köməksiz qalıb.
ERAmedia Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayonun Duruca şəlaləsinin yaxınlığında baş verib.
Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.










