Qəlbi-ruhu Qarabağ sevgili təhsil fədaisi - FOTO

Qəlbi-ruhu Qarabağ sevgili Esmira xanım. Ömrünün 30 ilini Ağdam- Xankəndi- Şuşa və ümumən Qarabağ həsrətilə yaşayan bir ana, bir ziyalı, bir vətənsevər Azərbaycan xanımı, qəlbində- ruhunda doğulub boya- başa çatdığı o müqəddəs torpaqlara sonsuz sevgi yaşadan tanınan və sevilən pedaqoq- Esmira Cəfərova xanım! Sizin üçün nə gözəl bir gündür: Təvəllüd gününüz! Təbrik ünvanlayərkən xatirələr məni haralara aparmadı?! Xankəndi Pedaqoji İnstitutunda sayılıb- seçilən bir tələbə idin. Sinif nümayəndəsi, fəal bir tələbə kimi bütün professor- müəllim heyyəti, tələbə yoldaşların, tanıyan hər kəs xətrini istəyirdi. “Şərəf lövhəsi”ndə Azərbaycan bölməsi üzrə təmsil olunan az sayda tələbələrdən idin. Beynəlmiləl təhsil ocağında üzdə olan gənc tələbə, yaraşıqlı və gözəl Azərbaycan qızı kimi milli- mənəvi dəyərlərimizi qorumağın, təbliğ etməyin, bütün hərəkət və davranışların bir nümunə idi. Allah Sizi qorusun! …Müqəddəs peşənin ən fədakar nümayəndəsi, şərəfli müəllimlik adını uca tutmağın barədə həmişə ölkə mətbuatından fəxarətlə izləmişik Sizi! Əziz Esmira xanım! Bilmirəm, fikirlərimi necə ifadə etdim. Bir tələbə yoldaşı, bir bacı kimi bizim üçün çox dəyərli və əzizsiniz! Yeni yaşın mübarək! Bu əziz gündə Sizə uğur, cansağlığı və gözəl günlər arzulayıram! Günün mübarək, qəlbində uca tutduğun bütün arzular çin olsun.
Səxavət TAĞLAR,
Əməkdar müəllim, Prezident mükafatçısı









