media-videoedited
media-bayraq11
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-465174900_9078756542158309_5980724714931729352_n
Firuz Novruzov,
Jurnalist
Hansı coğrafiyada yaşamasından, dilindən və dinindən asılı olmayaraq qəlbində bu günün qürurunu yaşayan hər kəsə salam olsun!
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla hər il Sentyabr ayının 20-i Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
Bu, dövlətçilik tariximizin Zirvə Günüdür.
Bu, özündə 50 milyonluq xalqın gücünü hiss edən Prezidentin siyasi iradəsi, Şuşa sıldırımlarını yalınəllə qalxan Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanının 2020-ci ildən başlatdığı Zəfər yürüşünün son akkord günüdür.
Bu tarixi yazanlara sevgi və ehtiramları müasir poeziyamızda sözün poetikasını yaradan unikal xanım şairimiz Mahirə Nağıqızının “Salam olsun!” şeiri nə qədər sərrast ifadə edib…:
Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
Adı qalar zaman-zaman Sər doğanın,
İzi qalmaz hər olanın, hər doğanın.
İlham- sənin, Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun!
Şəhidlərim, haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə,
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun!
Ələm idi, qüssə idi hər çağımız,
Qərinədən sonra güldü növrağımız.
Dalğalanır Xankəndində bayrağımız,
Qurban olum, hamınıza salam olsun!

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər